44 qat ölkə çempionu elitadan qovula bilər – danışılmış oyunlara görə
Yunanıstanın “Olimpiakos” klubu Super Liqanı tərk edə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, klubun sahibi və prezidenti Evangelos Marinakisin adının danışılmış oyunlarda hallanmasıdır. Marinakis “Olimpiakos”un iştirakı ilə 2014-cü ildən 2015-ci ilədək olan müddətdə bir neçə oyunun nəticəsinə təsir etməkdə şübhəli bilinir.
Bu ittihamlar təsdiqlənsə, Marinakis ömürlük futboldan diskvalifikasiya olunacaq, “Olimpiakos” isə 3 milyon avro cərimələnməklə yanaşı, elitadan qovulacaq. Marinakis İngiltərənin “Nottinqem Forest” klubunun da sahibidir.
“Olimpiakos” 2014/15 mövsümündə Yunanıstan Super Liqasının və ölkə kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin