Valbuena ilə yeni müqavilə
Yunanıstanın “Olimpiakos” klubu futbolçusu Matye Valbuenanın müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, 36 yaşlı fransız yarımmüdafiəçi 2022-ci ilin yayına qədər Pirey təmsilçisində çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2019-cu ilin yayından “Olimpiakos”da çıxış edən Valbuena, bu mövsüm 28 oyunda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa millisinin sabiq üzvünün əvvəlki sözləşməsi mövsümün sonuna qədər idi.
Valbuena Fransa yığmasında 52 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin