Yunanıstanda ara qarışdı: Bu dəfə hakimlər…
Yunanıstanda futbol hakimləri son zamanlarda haqsız yerə tənqid olunduqlarına görə oyunları boykot edəcəklər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, referilər bu məsələ ilə bağlı Mərkəzi Hakimlər Komitəsinə məktub yollayıblar. Məktubda bunlar qeyd olunub:
“Qorxutma və böhtan məqsədi olan, hakimlərə qarşı açılan məhkəmə işləri səbr kasasını dolduran sonuncu damla oldu. Bütün bunlara qarşılıq olaraq 18-ci turun oyunlarına çıxmayacağıq”.
18-ci tur çərçivəsində PAOK – AEK derbisi də keçiriləcək. Ancaq Yunanıstan Futbol Federasiyası hakimlərin bu davranışlarına qarşılıq heç bir açıqlama verməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin