Yunanıstanda çempion müəyyənləşdi
Futbol üzrə Yunanıstan Super Liqasında 2019-20-ci il mövsümünün qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, çempionatın 30-cu turunda AEK-ə 2:1 hesabıyla qalib gələn “Olimpiakos” sona 6 tur qalmış çempionluğunu rəsmiləşdirib. Xallarının sayını 78-ə çatdıran komanda, 59 xalla 2-ci pillədə qərarlaşan PAOK üçün əlçatmaz olub.
Bu, “Olimpiakos”un tarixində 45-ci çempionluğudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin