Yunanıstan millisinin üzvü Super Liqa klubunda
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Yunanıstan milli komandasının və PAOK-un üzvü Stelios Kitsiunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
PAOK-un yetirməsi olan Kitsiu peşəkar karyerasına 2012-ci ildə məhz bu klubda başlayıb. O, 2017/18 mövsümündə Belçikanın “Sent-Trüden” klubunda icarədə oynayıb. Ötən mövsüm isə “Ankaragücü” onu qısa müddətə icarəyə götürmüşdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin