
Yunanıstan millisinin qapıçısı La Liqa klubunda
“Sevilya” “Nyukasl”ın və Yunanıstan milli komandasının qapıçısı Odisseas Vlaxodimosu 2025/2026-cı illər mövsümünün sonuna qədər icarəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb.
Vlaxodimos daha çox Portuqaliyanın “Benfika” klubunun heyətindəki çıxışı ilə tanınıb. O, bu komandada keçirdiyi 225 oyunda 217 qol buraxıb, 94 dəfə qapısını toxunulmaz saxlayıb.
31 yaşlı qolkiper ötən mövsüm “sağsağanlar”ın heyətində cəmi bir oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin