VAR hakiminin evinə “molotov kokteyli” atdılar

Yunanıstanın futbol üzrə çempionatında 16-cı turun “Volos” – “Olimpiakos” matçı qolsuz bərabərliklə bitib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmadan sonra yerli fanatlar matçın VAR hakimi Anqelos Evanqelounun evinə hücum ediblər. “Olimpiakos”un “Volos”la oyunda vurduğu qolun ofsayd səbəbiylə qeydə alınmamasına qəzəblənən xuliqanlar, referinin evinə “molotov kokteyli” atıblar.

Yunanıstan Futbol Federasiyası hadisəni qınayıb.

Hakimlərin yanvarın 4-5-də keçiriləcək 17-ci turun oyunlarını boykot edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button