Kubokun finalına 1500 dəvətli
Yunanıstan kubokunun final matçında PAOK AEK-lə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, əzəli rəqiblərin qarşılaşması azarkeşsiz oynanılacaq. Bu barədə Yunanıstanın idman naziri Giorgios Vasilliadis yerli mətbuata açıqlamasında bildirib. Nazir, oyun ərəfəsində azarkeşlər arasında insident yaşanacağı xəbərlərini aldıqlarını və bu səbəbdən qarşılaşmanın azarkeşsiz keçiriləcəyini deyib.
Yunanıstan Futbol Federasiyasının hər iki kluba 300 dəvət bileti verdiyi, qalan dəvətlilərin isə federasiya tərəfindən seçiləcəyi bildirilir. Qarşılaşmanın 1500 nəfərə yaxın dəvətli tərəfindən izləniləcəyi gözlənilir.
69 min nəfərlik tutumu olan Afina Olimpiya stadionunda keçiriləcək qarşılaşma mayın 11-də, saat 21:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin