Yunanıstan kuboku: Əliyar Ağayev yarımfinal oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan kubokunun oyununa təyinat alıb.

Komanda.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası “Olimpiakos” və AEK komandaları arasındakı cavab görüşünü idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Matç martın 1-də olacaq. İlk görüşdə AEK 3:0 hesabı ilə qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button