Yunanıstan klubunun baş məşqçisi Əliyar Ağayevdən narazı qaldı

Azərbaycanlı hakim Əliyar Ağayevin Yunanıstan Super Liqasının 24-cü turunda keçirilmiş PAOK – “Atromitos” matçını (3:0) idarə etdiyini xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Atromitos”un baş məşqçisi Damir Kanadi, Ağayevin idarəçiliyindən narazlı qalıb. 48 yaşlı avstriyalı mütəxəssis, referinin səhvlərə yol verdiyini deyib:

“PAOK-a qarşı yaxşı müdafiə olunduq, lakin daha cəsur oynamaq lazım idi. Bu hesaba layiq deyildik. Qapımıza təyin edilən ikinci penalti yanlış idi. Birinci hissədə Brunonun epizodunda da oyundankənar vəziyyət yox idi”.

Yunanıstanlı sabiq FİFA referisi Anastasios Kakos da Əliyar Ağayevin idarəçiliyindən danışıb. O, “Atromitos”un baş məşqçisi Kanadidən fərqli olaraq, 31 yaşlı referinin oyunu yaxşı idarə etdiyini deyib:

“Ağayev oyunu yaxşı idarə etdi. Penalti qərarları doğru idi. Yalnız ilk hissədə Brunonun oyundankənar vəziyyət epizodunda yanlış qərar oldu. Yan xətt hakimi kobud səhv etdi”.

Əliyar Ağayev sözügedən qarşılaşmada PAOK-un lehinə 2 penalti qərarı verib. “Atromitos”un hücumçusu Bruno iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.

Bu oyunda Ağayevə Akif Əmrəli və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını yerli hakim Aristomenis Koutsiantis yerinə yetirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button