Yunanıstan klubu “Mançester Yunayted”lə danışıqlar aparır

“Olimpiakos” “Mançester Yunayted”lə komandanın 24 yaşlı oyunçusu Antoninin icarəyə götürülməsi ilə bağlı danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar prosesi mürəkkəbdir və hələ tam başa çatmaqdan uzaqdır.

Daha əvvəl Antoninin İspaniya “Betis”i tərəfindən icarəyə götürülmək istədiyi bildirilirdi.

Braziliyalı vinger bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 1 qol vurub. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button