Makelele Yunanıstan komandasının baş məşqçisi təyin olunub

Fransa millisinin və “Çelsi”nin sabiq futbolçusu Klod Makelele Yunanıstanın “Asteras” klubunda işə düzəlib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yunanıstan Super Liqasının ilk üç turunda “Asteras” “Panatinaikos” üzərində qələbə də daxil olmaqla, 4 xala sahib olub. Amma bu, 50 yaşlı serb mütəxəssis Milan Rastavaca öz yerini qoruyub saxlamağa kömək etməyib. İndi komandanı Makelele çalışdıracaq.

51 yaşlı mütəxəssis əvvəllər Fransanın “Bastiya” komandası ilə yanaşı, Belçikada da oxşar vəzifədə çalışıb. O, 2023-cü ilin sonuna kimi “Çelsi”nin 18 yaşadək futbolçulardan ibarət komandasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button