Yunanıstan – Azərbaycan oyununun hakimləri bilindi

Futzal üzrə Azərbaycan millisinin Afinada Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas mərhələ oyununu idarə edəcək hakimlər açıqlanıb.

Komanda.az xəbər verir ki, görüş İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Matçın referisi Ademir Avdiçə David Qlavonyiç və Georgi Yansizian köməklik göstərəcək.

Görüşün hakim-inspektoru sloveniyalı Vilvo Boroşak, UEFA nümayəndəsi isə niderlandlı Artur Admiral olacaq.

Oktyabrın 11-də oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button