Yunan-Roma güləşçilərindən 9 medal

Avqustun 5-də Belarusda təşkil edilən 2-ci MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarış keçirilib.

Komanda.az xəbər verir ki, bu oyunlarda Azərbaycanı təmsil edən 10 yunan-Roma güləşçisindən 9-u fəxri kürsüyə qalxıb.

Məhəmməd Şükürzadə (60 kq), Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) gümüş, Tural Mehtiyev (55 kq), Həsən Məmmədli (67 kq), Elcan Məmmədov (82 kq) və Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal qazanıblar.

MDB Oyunlarında sərbəst güləşçilər avqustun 9-da, qadın güləşçilər isə ayın 13-də çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button