Yunan-Roma güləşçiləri DÇ-ni 5 medalla başa vurdular

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın üçüncü günündə Murad Məmmədov (60 kq), Sabah Şəriəti (130 kq) və Tatyana Omelçenko (62 kq) mübarizəyə qoşulub.

Murad Məmmədov (60 kq) 1/8 finalda konqolu Rabbi Kilandiyə vaxtından əvvəl qalib gəlib – 9:0. Ancaq həmyerlimiz 1/4 finalda bolqarıstanlı Edmond Nazaryana minimal fərqlə (1:2) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Murad təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Məmmədov litvalı Yustias Petroviçyusa 9:3 hesabıyla qalib gələrək bürünc medal uğrunda görüşdə yaponiyalı Fumita Keniçiroya rəqib olub. Bu rəqibinə 1:5 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.

Sabah Şəriəti (130 kq) ilk mərhələdə hindistanlı Satiş Satişə tam üstünlüklə qalib gəlib – 10:1. Lakin 1/8 finalda iranlı Amin Mirzəzadəyə uduzub – 0:9. Rəqibin finala çıxması Şəriətiyə mübarizəni davam etdirmək imkanı verib. Sabah ilk təsəlliverici görüşdə qazaxıstanlı Alimxan Sidikov üzərində əzmkar qələbə qazanıb. Milli üzvü növbəti qarşılaşmada son Olimpiya Oyunlarının gümüş medalçısı Yakobi Kajayaya uduzub – 3:5.

Tatyana Omelçenko (62 kq) təsnifat mərhələsində vyetnamlı Ti Nquyeni 7:3 hesabıyla məğlub edib. Milli üzvü 1/8 finalda olimpiya mükafatçısı və dünya ikincisi, tunisli Marva Amrini xalların keyfiyyətinə görə (5:5) mübarizədən kənarlaşdırıb. Omelçenko 1/4 finalda dünya çempionatının daha bir gümüş medalçısı, amerikalı Kayla Miraklla bacarmayıb – 1:6. Maykl finaladək irəliləyib. Bu səbəbdən Tatyana təsəlliverici görüşə çıxıb. Ancaq çinli Xiaojuan Luoya 1:3 hesabıyla uduzub.

Beləliklə, yunan-Roma güləşçiləri mundialı 5 medalla başa vurub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button