
Yüksək Liqada yarımfinal mərhələsinə start verildi
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk olaraq “Abşeron” və “Gəncə” komandaları üz-üzə gəliblər.
Qarşılaşma birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Milli Aviasiya Akademiyası” – “Azərreyl” matçında isə ikincilər 3:2 hesabı ilə qalib gəliblər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



