Yüksək Liqa: Növbəti oyunların vaxtı dəqiqləşdi

Voleybol üzrə kişilər arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib.

Komanda.az xəbər verir ki, ölkə çempionatında 3-cü dövrənin oyunları fevralın 14-də başlayacaq. Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və “Neftçi” komandaları keçiriləcək.

Daha sonra “Xarı bülbül” və MOİK meydana çıxacaq. Bu görüş isə saat 18:00-da start götürəcək.

7-ci turun matçları Voleybol Mərkəzində təşkil ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button