Yüksək Liqada növbəti turun proqramı açıqlandı
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.
Komanda.az federasiyaya istinadən xəbər verir ki, 2-ci dövrənin 9-cu turunun oyunları martın 3-də keçiriləcək.
Günün ilk qarşılaşmasında, saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu oyundan üç saat sonra “Ekspress”– “Sərhədçi” görüşünə start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olacaq.
Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin