Yüksək Liqada 6 komanda iştirak edəcək

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 6 komanda iştirak edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Komitə Yüksək Liqanın 2024/2025 mövsümündə iştirak edəcək komandaların siyahısını təsdiqləyib. Cari çempionatda “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” iştirak edəcək.

Mövsümün püşkü oktyabrın 15-də, saat 14:00-da AFFA-nın konfrans zalında atılacaq. 1-ci turun oyunları oktyabrın 22-də keçiriləcək.

1-ci Liqada isə 12 komanda iştirak edəcək. Oyunlara oktyabrın 20-də start veriləcək.

Azərbaycan çempionatında yay transfer pəncərəsi oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button