Yubiley matçında 18 il sonra gələn darmadağın
“Kəpəz” Azərbaycan kubokunda 50-ci səfər oyununu keçirib.
Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi 1/8 finalda “Sabah”ın qonağı olub. Bakı klubu qərblilərin yubileyində 3:0 hesabı ilə qalib gəlib.
“Kəpəz” 50 səfər matçında 24 qələbə qazanıb, 9 heç-heçə edib və 17 dəfə uduzub. 70 qol vuran gəncəlilər 59 top buraxıblar.
Yalnız “Neftçi” (74) və “Qarabağ” (67) kubokda daha çox səfər matçı keçirib.
Gəncə təmsilçisi həm də Azərbaycan kubokunda üçüncü dəfə böyük hesabla uduzub. Sözügedən komanda “Sabah”la görüşədək yalnız iki dəfə üç və ya daha çox top fərqlə məğlub olmuşdu. Bu qarşılaşmalardan biri evdə, biri səfərdə baş tutub.
“Sabah”a 0:3 hesablı məğlubiyyətədək “Kəpəz” 18 il idi səfərdə böyük hesabla uduzmurdu. Bunadək yeganə belə məğlubiyyət 2003/04 mövsümündə qeydə alınıb. Həmin vaxt gəncəlilər Şəmkirdə eyniadlı komandaya 0:5 hesabı ilə yenilib.
İlk dəfə üç top fərqi ilə uduzan “Kəpəz”in digər böyük məğlubiyyəti üç il əvvəl “Səbail”lə ev matçına təsadüf edib – 0:4.
Bizi Facebook-da izləyin