Yubiley heç-heçəsi
Misli Premyer Liqasının 10-cu turunun “Turan Tovuz”la oyunu “Səbail” üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, Bakı klubu ölkə çempionatının yüksək dəstəsində 30-cu heç-heçəsini edib.
Yubiley “sülh”ü 2:2 hesabı ilə nəticələnib. Paytaxt klubu 142-ci görüşündə bu göstəriciyə çatıb. “Səbail” 14 dəfə evdə, 16 dəfə səfərdə bir xal qazanıb. Bakılılar ölkə çempionatları tarixində 30 və daha çox heç-heçə edən 21-ci komandadır.
“Səbail”in ilk “sülhü 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər matçına təsadüf edib – 0:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin