Azərbaycan millisinin rəqibində yeni futbolçu
Yoxlama oyununda Azərbaycan, UEFA Millətlər Liqası çərçivəsində Kosovo və Yunanıstanla qarşılaşacaq Sloveniya millisinin heyətinə yeni futbolçu çağırılıb.
Komanda.az “rtvslo.si” saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Matyaj Kek Xorvatiyanın “Riyeka” klubunda çıxış edən Adam Qnezda-Çerinə dəvət göndərib.
21 yaşlı müdafiəçi ilk dəfə yığmaya çağırılıb. Adam müqavilə ilə Almaniyanın “Nürnberq” klubuna məxsusdur.
Sloveniya millisi noyabrın 11-də Azərbaycanla, 15-də Kosovo, 18-də isə Yunanıstanla qarşılaşacaq.
Noyabrın 11-də keçiriləcək Sloveniya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin