Ten Haq yeni transferi təriflədi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq müdafiəçi Leni Yoronun çıxışından gözləntilərini bölüşüb.
Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı, fransalı futbolçunun yaşına görə çox yetkin və səviyyəli olduğunu bildirib:
“Leni yaşına görə çox yetkin və səviyyəlidir. O, diqqətini yayındırmır, nə istədiyini və hansı istiqamətdə hərəkət etməli olduğunu bilir. Əminəm ki, o, komandaya kuboklar qazanmağa kömək etmək üçün ən qısa zamanda qayıdacaq”.
18 yaşlı futbolçu bu yaxınlarda zədələnərək, üç aylıq sıradan çıxıb.
Yoro bu yay “Real”a keçmək istəyirdi, lakin “Mançester Yunayted” daha tez hərəkət edərək, fransalı futbolçunu öz sıralarına cəlb etməyi bacardı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin