“Yorğunluq fonunda xarakter göstərdik” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev “Ərzurumspor”la oyundan sonra Türkiyədəki təlim-məşq toplanışı və qarşılaşma haqqında fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, 4:3 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Yeni mövsümə hazırlıq normal şəkildə davam edir. Qarşımızda duran əsas vəzifə komandanın funksional hazırlığının yüksək səviyyəyə çatmasıdır. Futbolçuların hər biri bunun üçün böyük həvəs və istəklə çalışır. Bugünədək taktiki sistem üzərində işləməmişik. Oyunçular sırf yükləmə dövrünün hazırlığını keçirdi. Oyunun nəticəsi bizim üçün önəmli deyil. Sadəcə, komanda demək olar ki, yenidən yığılıb. Bu gün meydanda mübarizə aparan ilk “11-lik”də 8 yeni futbolçu var idi. Aralarında uyğunlaşma problemi olması normaldır. Buna baxmayaraq, komanda yaxşı mübarizə apardı. Daha yaxşısını etmək üçün potensialımız var. Bu oyun sıralarımıza yeni qoşulan futbolçuların komandaya sürətlə uyğunlaşmaq istədiklərini göstərir. Bugünkü qarşılaşmada yorğunluq fonunda xarakter göstərdik. Düşünürəm ki, bundan sonra hər şey daha yaxşı olacaq. Həm oyun, həm də taktiki baxımdan komandanın potensialı böyükdür”.
Bizi Facebook-da izləyin