“Yolumuza davam edək!” – “Zirə”nin hücumçusu

“Zirə”nin hücumçusu Rafael Utziq komandasının bu mövsüm avrokubokların seçmə mərhələsindəki çıxışından yazıb.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu “instaqram” səhifəsində bunları qeyd edib:

“Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazana bilmədik. İndi gərək bütün diqqətimizi çempionat matçlarına yönəldək, gələn il daha da güclü qayıdaq. Yolumuza davam edək!”

“Zirə” Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” klubuna ilk oyunda 0:6 hesabı ilə uduzub, ikinci görüşdə rəqibini 1:0 məğlub etsə də, əsas mərhələyə vəsiqə əldə edə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button