Yoldaşlıq oyunu üçün rəqib tapıb – Hər yerdən qovulan Rusiya
Futbol üzrə Rusiya yığma komandası bu ilin payızında Səudiyyə Ərəbistanı millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə Rusiyanın “Çempionat” portalı məlumat yayıb.
Ötən gün Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov payızda Rusiyada yoldaşlıq oyunu keçirmək istəyindən danışıb. Hazırda Rusiya millisi bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb ki, bu da rəsmi oyunların keçirilməsinə imkan vermir. Buna görə də, komanda yoldaşlıq görüşlərinin keçirilməsi ilə bağlı razılığa gəlməyə çalışır.
FİFA və UEFA Rusiyanın milli komandalarını, klublarını bütün yarışlardan kənarlaşdırıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin