Yoldaşlıq oyunu üçün rəqib tapıb – Sanksiyalara məruz qalan ruslar

Futbol üzrə Rusiya milli komandası martda İran yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Komanda.az “Tasnim”-ə istinadən xəbər verir ki, görüş martın 22-də və ya 23-də baş tutmalıdır.

Rusiyanın qadın futbol komandasının da İran millisi ilə oynamaq üçün Tehrana gedəcəyi bildirilir.

Rusiya millisi 2022-ci ildə üç yoldaşlıq oyunu keçirib. Ruslar Qırğızıstanı (2:1) məğlub edib, Tacikistan (0:0) və Özbəkistanla (0:0) bərabərə qalıblar.

Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button