Yoahim Lövdən xəbər var
Mayın 31-də məşq zamanı aldığı zədə səbəbindən xəstəxanalıq olan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövdən yeni xəbər var.
Komanda.az xəbər verir ki, Almaniya Futbol İttifaqının vitse-prezidenti Raynhard Rauball, 59 yaşlı mütəxəssisin artıq xəstəxanadan evə buraxıldığını açıqlayıb.
Amma Löv, hələ millinin düşərgəsinə qayıdacaq vəziyyətdə deyil. Vitse-prezidentin sözlərinə görə, almaniyalı məşqçi ən yaxşı bir ay sonra işinə dönəcək.
Löv, sağlıq problemləri səbəbindən Almaniya millisinin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Belarus (8 iyun) və Estoniyaya (11 iyun) qarşı keçirəcəyi matçlarda komandanın başında olmayacaq. Onun vəzifəsini müvəqqəti olaraq köməkçisi Markus Zorq yerinə yetirəcək.
Yoahim Löv Almaniya yığmasını 2006-cı ildən çalışdırır.
Bizi Facebook-da izləyin