Yılmaz Vuralı əvəzləyən məşqçi boş müqaviləyə imza atdı
Türkiyənin “Adana Dəmirspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, 1-ci liqa təmsilçisinin “sükanı” Ümit Özata tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Özat klub qarşısında heç bir şərt qoymadan boş müqaviləyə imza atıb: “Qeyd-şərtsiz, heç bir özəl mənfəət gözləmədən klubumuza xidmət edəcək yeni baş məşqçimiz Ümit Özat və məşqçi heyətinə səmimiyyətlərinə görə təşəkkürümüzü bildirir, camiəmizə xeyirli olmasını diləyirik”.
Qeyd edək ki, “Adana Dəmirspor” bir neçə gün öncə uğursuz nəticələr səbəbindən Yılmaz Vuralla yollarını ayırmışdı. Ü.Özat da elə həmin ərəfədə Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ozan Can Kökcünün formasını geyindiyi “Girəsunspor”dan istefaya göndərilmişdi.
Bizi Facebook-da izləyin