”Yuventus” 17 yaşlı türkü transfer edir

“Bayern”in keçmiş yarımmüdafiəçisi Kənan Yıldız “Yuventus”a keçəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu 17 yaşlı türk futbolçu ilə müqavilə imzalayacaq.

Yarımmüdafiəçi ilə “Barselona”nın da maraqlandığı qeyd edilir.

Yıldız ötən mövsüm “Bayern”in U-17 və U-19-da çıxış edib. O, Münhen klubundan azad agent kimi ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button