Türk futbolçu qolunu Del Pyeroya həsr edib

“Yuventus”un hücumçusu Kənan Yıldız “Torino” ilə derbidə fərqlənərək, qolu kumiri Alessandro del Pyeroya həsr edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qoldan sonra bunları söyləyib:

“Qolumu Del Pyeroya həsr etdim. Onu ad günü münasibəti ilə təbrik edirəm və hər şeyə görə təşəkkür edirəm”.

Türkiyəli futbolçu 84-cü dəqiqədə qol vuraraq, tabloda yekun nəticəni müəyyənləşdirib (2:0).

Alessandro del Pyero noyabrın 9-da 50 yaşını qeyd edib. Yıldız oxşar xüsusiyyətlərinə görə tez-tez italiyalı keçmiş futbolçu ilə müqayisə edilir. Sabiq forvard özü tez-tez “Yuventus”da keçmişdə ona məxsus olan “10 nömrə”ni geyinən Yıldızın çıxışı ilə bağlı sevincini bölüşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button