Yığmanın baş məşqçisi istefa verdi – Bekhemin klubuna görə
Futbol üzrə qadınlardan ibarət İngiltərə yığmasının baş məşqçisi Fil Nevill istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə 44 yaşlı mütəxəssisin öz istəyi ilə istefaya göndərildiyi diqqətə çatdırılıb. 2018-ci ilin yanvarından yığmaya rəhbərlik edən ingilis məşqçinin müqaviləsi AÇ-2021-in sonunda başa çatmalı idi. UEFA sözügedən turniri 2022-ci ilə təxirə salıb.
Britaniya mətbuatının iddiasına görə, Fil Nevill Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubunun baş məşqçisi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin