Azərbaycan yığmasının rəqiblərindən ikisi qalib gəldi, biri uduzdu
Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığması da növbəti matçına çıxıb.
Ralf Ranqnikin baş məşqçi olduğu kollektiv səfərdə Andorraya minimal hesabla qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə Marko Arnautoviç vurub.
Azərbaycan millisinin digər rəqibi Estoniya isə Baltik Kuboku turnirində Latviya ilə qarşılaşıb. Yarımfinal görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (5:3) latviyalılar finala yüksəliblər.
Daha bir rəqibimiz – İsveç yığması Meksika seçməsi ilə üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan avropalıların heyətində Rohden (54) və Svanberq (84) fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Yığma ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.
Yoxlama oyunları
16 noyabr
Dominikan – Kuba 2:4
Nepal – Pakistan 1:0
Səudiyyə Ərəbistanı – Xorvatiya 0:1
İran – Tunis 0:2
Özbəkistan – Qazaxıstan 2:0
BƏƏ – Argentina 0:5
Fil Dişi Sahili – Burundi 4:0
Andorra – Avstriya 0:1
Çexiya – Farer adaları 5:0
Kosovo – Ermənistan 2:2
Oman – Almaniya 0:1
Polşa – Çili 1:0
Türkiyə – Şotlandiya 2:1
Kipr – Bolqarıstan 0:2
Cəbəllütariq – Lixtenşteyn 2:0
Əlcəzair – Mali 1:1
Meksika – İsveç 1:2
Albaniya – İtaliya 1:3
Bizi Facebook-da izləyin