Azərbaycan yığmasının Avropa kubokuna gedəcək heyəti bəlli oldu

11-12 iyunda İspaniyanın paytaxtı Madriddə cüdo üzrə böyüklər arasında Avropa açıq turniri keçiriləcək.

Komanda.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Azərbaycan komandası 13 cüdoçu ilə təmsil olunacaq. Onlardan 10-u kişi, 3-ü qadındır.

Kişilər: Nazir Talıbov, Rəşxan Baxşəliyev (hər ikisi 60 kq), Tofiq Əliyev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Nurlan Osmanov, Zaməddin Poladov (hər ikisi 73 kq), Kərim Məmmədov, Elcan Şəfiyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), İmran Yusifov (+100 kq).

Qadınlar: Leyla Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button