Yığmamızdan ardıcıl üçüncü məğlubiyyət

Bu gün 17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışda əvvəlcə meydançaya Yunanıstan və İsrail komandaları çıxıblar.

Maraqlı idman mübarizəsi ilə yadda qalan görüş İsrail həndbolçularının 28:22 hesablı qələbəsi ilə nəticələnib.

A qrupunda keçirilən Litva – Gürcüstan matçında litvalılar daha inamlı oyun nümayiş etdiriblər. Rəqibin sürətli həmlələrinə tab gətirə bilməyən Gürcüstan komandası 23:37 hesabı ilə məğlub olub.

B qrupunun İspaniya – Lüksemburq görüşü də favoritin asan qələbəsi ilə başa çatıb. Səviyyə fərqinin açıq-aşkar büruzə verdiyi oyundan ispaniyalılar qalib ayrılıblar – 33:13.

Millimiz 3-cü turda Bosniya və Herseqovina komandası ilə qarşılaşıb. Oyun 61:17 hesabı ilə rəqibin xeyrinə nəticələnib.

Qeyd edək ki, Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button