
Yığmamız yoldaşlıq oyununda məğlub oldu
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcək minifutbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Dünya çempionatına bu gün start verilib. G qrupunda yer alan Azərbaycan millisi ayın 27-də İraq, 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin