Azərbaycan yığması son oyununda da məğlub oldu

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda beşinci matçında meydan sahibləri ilə qarşılaşıb.

Görüş gürcüstanlıların 3:2 (26:24, 23:25, 23:25, 25:19, 15:5) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz çempionatın əvvəlki oyunlarında Polşa, Ukrayna və Latviyaya 0:3, Estoniyaya 1:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button