Azərbaycan yığması Moldovaya məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün son oyununu keçirib.
Komanda.az xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:2 hesabı ilə rəqibin xeyrinə nəticələnib.
Millimizin qollarını 26-cı dəqiqədə Həsən Nəzərli və 39-cu dəqiqədə Ziya Şəkərxanov vurub.
Xatırladaq ki, yığmamız əvvəlki oyunlarında Farer adalarına 4:2 hesabıyla qalib gəlmiş, Albaniyaya 0:1 hesabıyla uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin