Azərbaycan yığması Mahaçqalada təlim-məşq toplanışında
Sərbəst güləş üzrə Azərbaycan yığması ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.
Komanda.az xəbər verir ki, Millimiz apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə Dağıstanın paytaxtı Mahaçqalaya yollanıb.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 20 güləşçidən ibarət heyət qonşu ölkədə fiziki, taktiki-texniki hazırlıq üzərində çalışacaq. Toplanış martın 19-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin