
Yığmamız daha bir yoldaşlıq görüşü keçirəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, U-21 iyunun 11-də “Liv Bona Dea Arena”da Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş saat 20:00-da başlayacaq.
U-21 millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin