
Yevgeni Koçuk da “Səbail”dən getdi
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, paytaxt klubu moldovalı legioneri Yevgeni Koçukla vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb: “Səbail” Futbol Klubunun kollektivi adından üç gözəl və emosional mövsüm üçün təşəkkür edirik! Uğurlar, Yevgeni!”
Qeyd edək ki, “Səbail” Moldova yığmasının üzvünü 2018-ci ildə Slovakiyanın “Jilina” klubundan icarəyə götürmüş, daha sonra onu birdəfəlik transfer etmişdi. 27 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 54 oyun keçirib, 8 qola imza atıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin