Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.

Komanda.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcəklər.

6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər 12:30-da başlayacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Birinciliyin baş hakimi Anar Babanlı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button