Yeniyetmə badmintonçulardan beynəlxalq turnirdə bürünc medal
Azərbaycanın yeniyetmə badmintonçuları Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə bürünc medal qazanıblar.
Komanda.az xəbər verir ki, “Istanbul U17 Open” turnirinə 3 qız, 2 oğlan idmançı ilə qatılan komandamız Türkiyə, Serbiya, Fransa, Bolqarıstan, İngiltərə, Albaniyanı təmsil edən 17 yaşadək badmintonçuların turnirində oğlanların qoşa kateqoriyasında bürünc medala sahib çıxıb
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ülvi Hüseynov-Əmirxan İmanov tandemi ardıcıl 3 qələbə sayəsində yarımfinala yüksəlib.
Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Badminton Federasiyası ilə Malaziya Badminton Federasiyası arasında imzalanan memoranduma əsasən artıq ilyarımdır ki, dünyanın ən güclü badminton məktəblərindən sayılan Malayziyada xüsusi proqramla hazırlıq keçən Ülvi Hüseynov və Əmirxan İmanov oğlanların qoşa kateqoriyasında turnirin qalibi olan Fatih Erdoğan-Yigitcan Erol tandeminə 2 setdə uduzub – 15-21, 17-21.
Daha bir bürünc medal 13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında qazanılıb.
Yeniyetmə badmintonçumuz Ömər Teymurlu Bolqarıstan təmsilçisi Kalina Koseva ilə birgə müvafiq kateqoriyada ardıcıl olaraq 3 qələbə qazanaraq turnirin yarımfinalına kimi irəliləməklə mükafatçılar sırasında yer almağı bacarıb.
Bizi Facebook-da izləyin