“Yenidən “Yuventus”da oynamağa fokuslanmışam” – Poqba

“Yuventus”un fransalı futbolçusu Pol Poqba özünü başqa klubda görüb-görmədiyini deyib.

Turinlilər 31 yaşlı yarımmüdafiəçinin diskvalifikasiya müddətinin 4 ildən 18 aya enməsinə baxmayaraq, onun xidmətindən imtina edə bilər. Futbolçunun özü isə hələ klubdan getmək barədə düşünmür.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Poqba “Milan”a keçə biləcəyi haqda söz-söhbətə də aydınlıq gətirib:

“Milan”a keçmək? Bu, mümkün deyil. Özümü başqa formada görə bilmirəm. Mən yenidən “Yuventus”da oynamağa fokuslanmışam”.

Poqbanın diskvalifikasiyası gələn ilin martında başa çatır. Fransa millisinin sabiq üzvü ötən mövsümün əvvəlində antidopinq qaydalarını pozduğuna görə cəzalandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button