
Yenidən UEFA prezidentliyinə namizəd olacaq – Çeferin
Aleksander Çeferin növbəti dəfə UEFA prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək.
Komanda.az xəbər verir ki, bu barədə sloveniyalı funksionerin özü açıqlama verib.
O, 2023-cü ildə keçiriləcək seçkilərə qatılacağını bildirib.
Xatırladaq ki, Aleksander Çeferin 2016-cı ildən Avropa futbol qurumuna rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin