
“Yenidən Messiyə qarşı oynamaq gözəl olacaq”
“Los Anceles Qalaksi”nin yarımmüdafiəçisi Marko Roys MLS-dəki çıxışından gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, MLS-də Lionel Messi ilə rəqib olmaqdan söz açıb:
“Yenidən Messiyə qarşı oynamaq gözəl olacaq. Onunla klubda və milli komandada iki-üç dəfə meydanda yollarımız kəsişib”.
Roys bu yay azad agent kimi “Los Anceles Qalaksi”yə keçərək, 2026-cı ilin sonuna qədər olan müqavilə imzalayıb.
Messi “İnter Mayami”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin