
Maneni İngiltərəyə qaytarırlar
“Bayern”in hücumçusu Sadio Mane İngiltərəyə qayıda bilər.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Nyukasl” seneqallı futbolçunu transfer etməkdə iddialıdır.
Mane 2016-2022-ci illərdə “Liverpul”da forma geyinib.
O, 2022/23 mövsümündə Münhen təmsilçisinin heyətində 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin