
“Yenidən uduzmaq istəmirəm”
Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentina yığmasına məğlubiyyətdən (1:4) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu zəif oynadıqlarını bildirib:
“Paltardəyişmə otağında müzakirə edəcəyimiz çox şey var idi. Biz zəif oynadıq, ancaq rəqiblərimiz öz azarkeşlərini sevindirmək üçün əla futbol nümayiş etdirdilər. Biz çox şeyi yenidən düşünməliyik. Mən dünya çempionatında oynadım və o zaman uduzdum. Yenidən uduzmaq istəmirəm”.
14 turdan sonra Braziliya yığması turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Argentina millisi 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin