“Barselona”nın futbolçusuna Premyer Liqadan “elçi”
“Barselona”nın yarımmüdafiəçisi Rafinya yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Nyukasl” braziliyalı futbolçunun xidmətində maraqlıdır. “Sağsağanlar” yayda oyunçunu transfer etməyə çalışacaq.
Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barsa”ya keçib. Onunla 2027-ci ilə qədər müqavilə imzalanıb.
O, cari mövsümdə İspaniya La Liqasında Kataloniya təmsilçisinin heyətində 22 oyuna çıxıb, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin