“Ümid edirəm ki, qayıdanda hər şey yaxşı olacaq” – De Bruyne

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne “Bernli” ilə oyunda (3:0) aldığı zədədən danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, belçikalı futbolçu müalicənin yaxşı getdiyini bildirib:

“Artıq üç aydır ki, zədəliyəm, amma hər şey yaxşıdır, çünki müalicə plana uyğun gedir. Ancaq mənə qayıtmağım və ya yenidən geri dönəcəyim vaxt barədə məlumat verilməyib. Ümid edirəm ki, qayıdanda hər şey yaxşı olacaq. Bu zədə oyunlarda həddən artıq yükləndiyim, həmçinin, başqa zədələrim zamanı matçlarda iştirak etdiyim üçün baş verib”.

De Bruyne bu mövsüm “şəhərlilər”in heyətində iki oyun keçirib, bir məhsuldar ötürmə edib. O, 2015-ci ildən “Mançester Siti”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button